Misirli futbolçu Mohamed Salah mövsümün sonunda “Liverpul”dan ayrıla bilər.
Sportarena.az “Fichajes”ə istinadən xəbər verir ki, afrikalı futbolçu Mersisayd klubu Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə, bu addımı atacaq.
Premyer Liqada hazırda 7-ci pillədə yer alan “Liverpul”un yeni mövsüm üçün ÇL-ə vəsiqə qazanacağı çətin görünür. Məsələ burasındadır ki, hazırda klub ilk dördlükdə sonuncu yerdə olan “Tottenhem”dən 9 xal geri qalır.
Xatırladaq ki, Salah 2017-ci ildə “Roma”dan “Liverpul”a keçib.