Almaniyanın “Leypsiq” klubu yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Avstriya millisinin və “Zalsburq”un yarımmüdafiəçisi Nikolas Zayvaldı transfer edib.
21 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Amma o, “Leypsiq”ə bu mövsüm başa çatandan sonra, 2023-cü ilin yayında qoşulacaq.
“Liferinq”in yetirməsi olan Zayvald 2020-ci ildən “Zalsburq”un uğurları üçün çalışır. O, bu komandanın heyətində 95 oyuna 3 qol vurub. Gənc yarımmüdafiəçi 2021-ci ildən dəvət aldığı Avstriya yığmasında da 10 oyun keçirib.