Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisini Ersun Yanal çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.61 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
"Alanyaspor" nu gün italiyalı məşqçi Françesko Farioli ilə yollarını ayırmışdı.
Qeyd edək ki, Ersun Yanal son olaraq "Antalyaspor"un baş məşqçisi olub. O, 2021-ci ildə postunu tərk etmişdi.