"Fənərbaxça" norveçli yarımmüdafiəçini istəyir

19:51 27 Fevral 2023

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin hədəfində olan oyunçulardan biri "Budyo-Blimt"də çıxış edən Uqo Vetlesendir. "Sarı-lacivərtlilər" 22 yaşlı yarımmüdafiəçinin meneceri ilə görüşüb təklif irəli sürüblər.

 

Uqo Vetlesen 2020-ci ilin yayından "Budyo-Blimt"in formasını geyinir. Norveçli futbolçu cari mövsümdə meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.


Digər xəbərlər

Xəbər xətti