"Ümid edirəm ki, Mahiri də növbəti matçda meydanda görəcəyik"

20:32 27 Fevral 2023

"Konyaspor"un baş məşqçisi Aleksandr Stanoyeviç komandasının Superliqanın 24-cü turu çərçivəsində "Giresunspor"a qarşı keçiriləcək matçı barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, "Espreso"ya danışan Konya təmsilçisinin çalışdırıcısı Mahir Emrelinin debüt şansını dəyərləndirib:
 

"Fənərbaxça" ilə matçda komandaya yeni qoşulan futbolçuların, o cümlədən Mahir Emreli və Marlos Morneonun xidmətindən istifadə edə bilmədik. Ümid edirəm ki, Mahiri də növbəti matçda meydanda görəcəyik. Özlərini yaxşı tərəfdən göstərəndə onları da meydana buraxacağıq".
 

Xatırladaq ki, Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi klub 8-ci pillədədir.


Digər xəbərlər

Xəbər xətti