İngiltərə Premyer Liqasının lideri olan "Arsenal" növbəti mövsüm üçün transfer fəaliyyətinə başlayıb.
Sportarena.az xəbər verir ki, "topçular" "Çelsi"nin hücumçusu Rahim Sterlinqi heyətinə qatmaq istəyir. Bu barədə "90min" nəşri məlumat yayıb. İngiltərə millisinin üzvü yayda "Çelsi"dən Londonun digər klubuna keçməyə çox yaxındır.
Qeyd edək ki, "Çelsi" Rahim Sterlinqi mövsümün əvvəlində "Mançester Siti"dən transfer edib. 28 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 25 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.