"Qarabağ" - "Neftçi" oyununda insident baş verib

22:13 27 Fevral 2023

"Qarabağ" və "Neftçi" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXIV tur matçında insident baş verib.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin bərabərlik qolundan sonra qonaqların qapıçısı İvan Brkiç topu rəqibə vermək istəməyib.

 

Bundan sonra meydan sahiblərinin futbolçuları xorvatiyalı qolkiperlə mübahisə ediblər. Ardınca isə, "ağ-qaralar"ın azarkeşləri meydana məşəl atıblar.

 

Qeyd edək ki, matç bərabərə bitib - 1:1.


Digər xəbərlər

Xəbər xətti