Almaniyanın Qərb Regional Liqasında 24-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Oberhauzen”lə qarşılaşıb və böyük hesabla uduzub – 1:4.
Rüfət bu görüşün iştirakçısı olmayıb. Bu mövsüm 9 qol vurmuş futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke” bu nəticədən sonra 35 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.