“Qalatasaray” əfsanəsinin formasını hərracda “Fənərbağça” rəsmisi aldı

14:02 28 Fevral 2023

Türkiyənin “Qalatasaray” klubunun əfsanəvi baş məşqçisi Fatih Terimin hərraca çıxarılan formasını əzəli rəqib “Fənərbağça”nın rəsmisi alıb.

 

Sportarena.az “Hurriyet” nəşrinə istinadən xəbər verir ki, çox sayda qiymətli əşyaların satışa çıxarıldığı auksionda Terimin 5 nömrəli forması uğrunda yarışda “Fənərbağça” klubunun konqres üzvü Merve Mermer qalib gəlib.

 

Memar bu forma üçün 100 min lirə (9 min manat) ödəyib. Əldə edilən gəlir Kahramanmaraşda baş vermiş zəlzələdən əziyyət çəkən sağlamlıq məhdudiyyəti olan uşaqlara xərclənəcək.

 

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində son məlumata görə, 44 374 nəfər ölüb.


Digər xəbərlər

Xəbər xətti