"Millinin qapısı həmişə Messinin üzünə açıqdır"

14:39 28 Fevral 2023

Argentina millisinin baş məşqçisi Lionel Skaloni FİFA tərəfindən 2022-ci ilin ən yaxşı futbolçusu seçilən Lionel Messi haqda fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, “Football Espana”ya danışan 44 yaşlı mütəxəssis bunları deyib:

"Messi haqda artıq söz deməyə ehtiyac yoxdur. Əsas odur ki, oynamağa davam edəcək. Messi millidə qalacaq? Millinin qapısı onun üzünə həmişə açıqdır. Bu olmazsa, alternativ axtaracağıq. Ümid edirəm ki, o, növbəti dünya çempionatına qədər oynayacaq. Mən onu orada görürəm, amma düşünürəm ki, ilk iş mundiala vəsiqə qazanmaqdır".


Digər xəbərlər

Xəbər xətti