PSJ-nin prezidenti adam oğurluğunda şübhəli bilinir

20:21 28 Fevral 2023

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi adam oğurluğu və və işgəncə verməkdə şübhəli bilinir.

 

Sportarena.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, bu iddia Fransada Əlcəzairin lobbiçiliyini edən Tayeb Benabderrahman tərəfindən irəli sürülüb.

 

Onun sözlərinə görə, artıq Paris məhkəməsində üç hakimin sədrliyi ilə istintaq başlayıb.

 

Qeyd edək ki, daha əvvəl Benabderrahman 2020-ci ildə qətərli iş adamı haqqında bəzi məlumatları ictimaiyyətə açıqladığı üçün işgəncəyə məruz qaldığını iddia edib.


Digər xəbərlər

Xəbər xətti