Ukrayna Premyer Liqasında 6-cı turdan təxirə salınmış bir oyun keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Metallist”i qəbul edib. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 3:3.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının vurduğu ilk iki qolun məhsuldar ötürməsinin də müəllifi azərbaycanlı futbolçu olub.
“Aleksandriya” hazırda 25 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.