"Yuventus" qalib gəldi, "Roma" uduzdu - VİDEO

09:27 1 Mart 2023

İtaliya A Seriyasında 24-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

 

Çempionatın aşkar autsayderi “Kremoneze” “Roma”nı qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşma “canavarlar”ın gözlənilməz məğlubiyyəti ilə başa çatıb.

 

“Yuventus” isə Turinin digər təmsilçisi “Torino” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matç “Yuve”nin qələbəsiylə bitib.

 

Hazırda 65 xala malik “Napoli” vahid liderdir. “İnter”lə “Milan”ın 47 xal var. “Latsio” 45, “Roma” 44, “Atalanta” 41, “Yuventus”la “Bolonya” 35 xal toplayıb.

 

İtaliya A Seriyası

24-cü tur

28 fevral

Kremoneze – Roma 2:1

Qol: Tsadjut, 17. Çiofani, 83-pen – Spinatsola, 71.

 

Yuventus – Torino 4:2

Qol: Kuadrado, 16. Danilo, 45+1. Bremer, 71. Rabyo, 81 – Karamo, 2. Sanabria, 43.


Digər xəbərlər

Xəbər xətti