Fransa kuboku: İlk yarımfinalçı bəlli oldu

09:57 1 Mart 2023

Fransa kubokunda 1/4 final mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

 

Lion “Olimpik”i doğma meydanda aşağı liqa təmsilçisi “Qrenobl”la qarşılaşıb. Üç qolun qeydə alındığı matç Liqa 1 təmsilçisinin qələbəsiylə yekunlaşıb.

 

Fransa kuboku

1/4 final

28 fevral

Olimpik (Lion) – Qrenobl 2:1

Qol: Barkola, 24. Jeffinyo, 38 – Sbai, 74.


Xəbər xətti