İtaliya A Seriyasının bombardiri bir gözünü itirə bilərmiş

11:18 1 Mart 2023

İtaliyanın "Napoli" klubunun futbolçusu Viktor Osimhen bir gözünü itirə bilərmiş.

 

Sportarena.az xəbər verir ki, professor Canpaolo Tartaro 25 yaşlı hücumçunun zədələnməsi barədə CRC Radiosuna açıqlamasında deyib.

 

O, forvardın bu hadisədən sonra maska taxmağa başladığını bildirib. Nigeriyalı oyunçu 2022-ci ildə "İnter"in müdafiəçisi Milan Şkrinyarla toqquşduqdan sonra üzündən zədə alıb.

 

Tartaro xoşbəxtlikdən gözün öz orbitinə qayıtdığını söyləyib: "İnfeksiya baş verməsə, plitələrin çıxarılmasına ehtiyac yoxdur. Məncə, o, onları götürmək istəmir. Əməliyyatı həyata keçirəndə dünyanın ən yaxşı avadanlıqlarından istifadə etdik".

 

Qeyd edək ki, bu hadisədən sonra futbola qayıdan Viktor Osimhen 19 qolla A Seriyasının bombardiridir.


Digər xəbərlər

Xəbər xətti