16 oyundur uduzmur

11:46 1 Mart 2023

“Yuventus” İtaliya A Seriyasının 24-cü turunda “Torino”nu məğlub edib (4:2).

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, “qoca sinyora” 16 matçdır Turin derbisində məğlub olmur. Bu müddətdə tərəflər dörd dəfə “sülh”ə razılaşıb. 12 görüşdə isə sevinən tərəf “Yuventus” olub.

 

“Qoca sinyora” hazırda İtaliya çempionatının turnir cədvəlində 35 xalla yeddinci, “Torino” isə 31 xalla doqquzuncudur.


Digər xəbərlər

Xəbər xətti