Azərbaycan Premyer Liqasında heyəti ən stabil olan klublar bəlli olub.
Sportarena.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) hesabat yayımlayıb.
İlk pillədə "Qarabağ" komandası qərarlaşıb. "Köhlən atlar" bir il ərzində 35, beş il ərzində 67, on il ərzində 111 futbolçudan istifadə edib.
İkinci sırada "Qəbələ" yer alıb. "Qırmızı-qaralar" müvafiq olaraq 30, 74 və 154 oyunçudan yararlanıblar.
Növbəti mövqelərdə "Neftçi" (36, 87, 150), "Sumqayıt" (41, 88, 161), "Səbail" (42, 102), "Zirə" (34, 104), "Şamaxı" (46, 107, 181), "Sabah" (33) qərarlaşıb.
"Səbail" və "Zirə" klublarında 10 illik, "Sabah"da isə 5 və 10 illik nəticə göstərilməyib.
Qeyd edək ki, CİES-in araşdırması 72 çempionatı əhatə edib. İlk sırada İsveçin "Halmştad" (22, 44, 84) klubu qərarlaşıb.