“Liverpul”un müdafiəçisi Vircil van Dayk tənqidlərə əhəmiyyət vermədiyini deyib.
Sportarena.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, niderlandlı futbolçu tənqidlərin onu incitmədiyini bildirib:
“Mən tənqidlər haqqında düşünmürəm. Məni heç incitmir. İndi vəziyyətimiz asan deyil, amma düzgün istiqamətdə hərəkət etməliyik. Matçlarımızı izləyirsizsə, başa düşürsüz ki, oyunçular əllərindən gələni edirlər”.
Qeyd edək ki, Van Dayk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir.
31 yaşlı müdafiəçi bu mövsüm İngiltərə klubunun heyətində bütün yarışlarda 26 oyuna çıxıb və 2 qol vurub.
“Liverpul” Premyer Liqada 22 oyundan sonra 36 xalla 7-ci yerdədir.