Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

14:59 1 Mart 2023

Voleybol üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, IV dövrənin matçlarına martın 2-də və 3-də start veriləcək.

 

Martın 2-də qadınlar arasında Yüksək Liqada X tur baş tutacaq. Həmin gün ilk olaraq meydana “Azərreyl” - “Murov” klubları çıxacaq. Görüş saat 16:00-da başlanacaq. Turun növbəti qarşılaşmasında isə “Abşeron” və UNEC üz-üzə gələcək.

 

Kişilərin mübarizəsində X tur martın 3-də gerçəkləşəcək. Voleybol Mərkəzində təşkil ediləcək turun ilk matçı saat 16:00-da “Neftçi” və “Murov” komandaları arasında olacaq. Saat 18:00-da isə MOİK - “Xarı bülbül” dueli start götürəcək.


Xəbər xətti