"Atletiko"nun müdafiəçisi 8 ay oynamayacaq

15:59 1 Mart 2023

Madrid “Atletiko”sunun futbolçusu Reynildo Mandava 8 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

 

29 yaşlı müdafiəçi “Real”a qarşı La Liqanın 23-cü tur matçında (1:1) zədələnib. Müayinədən sonra onun sağ dizindən ciddi xəsarət aldığı müəyyən edilib. Fevralın 26-da əməliyyat olunan futbolçu zədəsini 7-8 ay içində bərpa edəcək.

 

Mandava 2022-ci ilin əvvəlində Fransa “Lill”indən “Atletiko”ya keçib. Onun klubla sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub. Mozambikli müdafiəçi cari mövsümdə La Liqada 22 oyunda meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti