Dünya çempionatlarının rekordçusu vəfat edib

16:24 1 Mart 2023

Fransa millisinin sabiq futbolçusu Jyust Fonten dünyasını dəyişib.

 

Sportarena.az "Frans Press" agentliyinə istinadən xəbər verir ki, keçmiş hücumçu 89 yaşında vəfat edib.

 

Qeyd edək ki, Jyust Fonten bir dünya çempionatında ən çox qol vuran oyunçudur. O, 1958-ci ildə baş tutmuş mundialda 13 dəfə fərqlənməyə müvəffəq olub.

 

Həmin turnirdə Fransa seçməsi bürünc medal qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti