Məşhur müğənni Şakira “Barselona”nın və İspaniya millisinin keçmiş futbolçusu Jerar Pikedən ayrıldıqdan sonra həyatındakı dəyişikliklərdən danışıb.
Sportarena.az “Marca”-ya istinadən xəbər verir ki, Şakira həyatda heç də bütün arzuların gerçəkləşmədiyini deyib:
“Bir dəfə mən bir qadının tam olmaq üçün kişiyə ehtiyacı olduğunu başa düşdüm. Mənim də arzum var idi ki, uşaqların bir dam altında yaşayacağı, ata və anası olacaq bir ailəm olsun. Amma həyatda bütün arzular gerçəkləşmir. Düşünürəm ki, hər gün sevgi ilə dolub-daşdığım iki gözəl uşaqla mükafatlandırılmışam. Mən başa düşdüm ki, qadının kişiyə ehtiyacı olması ilə bağlı hekayələr yalandır”.
Müğənni hər zaman emosional olaraq kişilərdən asılı olduğunu, indi isə hər şeyin dəyişdiyini və özünü kifayət qədər yaxşı hiss etdiyini qeyd edib:
“Etiraf etməliyəm ki, mən həmişə kişilərdən emosional asılı olmuşam. İndi düşünürəm ki, mən buna başqa cür baxa bilmişəm. Bu gün mən özümü kifayət qədər yaxşı hiss edirəm. Özümü mahnılarla ifadə etmək imkanım olmasaydı, düşünürəm ki, indi tamamilə fərqli olardım”.
Şakira 2022-ci ilin iyun ayının əvvəlində Pikedən ayrıldığını elan edib. Ayrılığa səbəb ispaniyalı keçmiş futbolçunun xəyanəti olub. Cütlük 2011-ci ildən münasibətdə idilər. Onlar rəsmi nikahda olmayıb.
Pike və Şakiranın iki oğlu var: Milan və Saşa.