İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər bilinib

18:27 1 Mart 2023

Martın 7-də “Fairmont” hotelində AFFA-nın Konfransı, ardınca isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, İcraiyyə komitəsinin iclasında müzakirə olunacaq məsələlərin siyahısı da açıqlanıb:

 

 

1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər

 

2. 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrıması

 

3.Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi

 

4. AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi

 

5. AFFA-nın Futbol Veteranları üçün fərdi təqaüdləri haqqında Əsasnaməsinin təsdiqi

 

6. Yoxlama və Təftiş Komitəsinin hesabatı

 

7. Birinci Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi

 

8. Misli Premyer Liqası, Birinci Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi.

 

9. Birinic Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi

 

10. 2023-24-cü illər mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi

 

11. Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı federasiya rəhbərliyinin məlumatı

 

12. Digər məsələlər.


Digər xəbərlər

Xəbər xətti