Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Avropa Konfrans Liqası çərçivəsində martın 9-da Belçikanın Brüssel şəhərindəki "Anderlext Stadium"da keçiriləcək “Anderlext” (Belçika) – “Vilyareal” (İspaniya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Qarşılaşma martın 9-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.