İngiltərə Kubokunda 15 ildən sonra ilk

11:23 2 Mart 2023

Futbol üzrə İngiltərə Kubokunda 15 ildən sonra ilk gerçəkləşib.

 

Sportarena.az xəbər verir ki, bu, Premyer Liqanın ümumilikdə 4 komandasının 1/4 finala adlaması nəticəsində baş verib.

 

1/8 final mərhələsində elita təmsilçilərindən yalnız “Mançester Siti”, “Mançester Yunayted”, “Brayton” və “Fulhem” yoluna davam edə biliblər. Bu, 2007/2008 mövsümündən bəri Premyer Liqa təmsilçilərinin ən uğursuz göstəricisidir.

 

1/4 final mərhələsinin cütlükləri:

“Mançester Siti” – “Börnli”

“Mançester Yunayted” – “Fulhem”

“Brayton” – “Qrimsbi Taun”

“Şeffild Yunayted” – “Blekbörn”

 

Qeyd edək ki, bu mərhələnin oyunları martın 18-19-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti