İlin ilk iki ayı ərzində milli çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub.
Sportarena.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, üç oyunçu fevralın 28-dək 10 dəfə fərqlənib.
Bunlar İtaliyanın "Napoli" klubunun hücumçusu Viktor Osimhen, Meksikanın "Amerika" komandasından Henri Martin və Honkonq "Kitçi"sindən Deyan Damyanoviçdir.