Dünya kuboku: Azərbaycan millisinin gimnastı finala çıxıb

14:50 2 Mart 2023

Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə dünya kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov finala çıxıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

 

27 yaşlı idmançı halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə bitirib.

 

Bu, Simonovun finala keçməsi üçün kifayət edib.


Digər xəbərlər

Xəbər xətti