FIFA Fransadakı məşhur stadionu almaq istəyir

15:28 2 Mart 2023

FIFA 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra "Stad de Frans" stadionunun alınması ilə bağlı tenderdə iştirak edəcək.

 

Sportarena.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, ali futbol qurumunun prezidenti Canni İnfantino fevralın 15-də ölkə prezidenti Emmanuel Makronla məsələni müzakirə edib.

 

Bildirilib ki, təcavüz qalmaqalından sonra istefa vermiş Fransa Futbol Federasiyasının sabiq prezidenti Noel Le Qrey FIFA-ya ölkə hakimiyyəti ilə danışıqlarda köməklik göstərəcək.

 

Qeyd edək ki, 1998-ci ildə istifadəyə verilmiş "Stad de Frans"ın dəyəri 600 milyon avro olaraq qiymətləndirilir. Arena 2024-cü ildə olimpiadada istifadə ediləcək.


Digər xəbərlər

Xəbər xətti