"Bavariya" qarşıdakı "transfer pəncərəsi"ndə cinah oyunçuları Serj Qnabri və Leroy Saneni satmağı düşünür.
Sportarena.az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi onların yüksək maaşa uyğun gəlmədiyini fikirləşir.
Hər iki futbolçunun yayda başqa kluba transfer olacağı gözlənilir. Bu mövsüm Sane Bundesliqada 20 oyuna çıxıb, 6 qol vurub və 3 assist edib.
Qnabri isə 22 liqa oyununda 9 qol və 4 ötürmə ilə oynayıb.