PSJ-nin hücumçusu Lionel Messi karyerasını Avropada davam etdirmək istəyir.
Sportarena.az “Diario Sport”-a istinadən xəbər verir ki, o, MLS və Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərə almayacaq.
Daha əvvəl mətbuatda argentinalı hücumçu ilə “İnter Mayami” və “Əl-Hilal”ın maraqlandığı barədə məlumat yayılmışdı.
Həmçinin, “Barselona”nın prezidenti Xuan Laporta Messinin atası ilə futbolçunun “Kamp Nou”ya qayıtması ilə bağlı danışıqlar aparıb.
Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 17 qol vurub və 16 məhsuldar ötürmə edib.