Birinci divizion: “Qəbələ” və “Turan Tovuz” doğma meydanda sevindi - VİDEOLAR

18:28 2 Mart 2023

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 19-cu tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

 

“Mingəçevir” evdə “İmişli”yə uduzub. “Səbail-2” “Zaqatala”nı, “Qaradağ Lökbatan” “Qarabağ-2”-ni, MOİK “Şamaxı-2”-ni, lider “Araz Naxçıvan” isə “Kəpəz-2”-ni məğlub yola salıb.

 

Sonuncu oyun günündə “Turan Tovuz” və “Zirə”nin əvəzediciləri arasındakı oyunda meydan sahibləri qalib gəliblər. “Qəbələ”nin ikinci komandası isə “Sumqayıt”ın əvəzedicilərinə böyük hesabla qalib gəlib.

 

Birinci divizion

19-cu tur

1 mart

Səbail-2 – Zaqatala 3:1

Qol: Vüsal Qənbərov, 57. Xəyal Bədirov, 84. Zeynəddin Abdurahmanov, 90+3 – Bəhruz Teymurov, 79.

Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Sevda Nuriyeva, Fərid Hacıyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“ASCO Arena”, 14:00

 

Qaradağ Lökbatan – Qarabağ-2 1:0

Qol: Ürfan İsmayılov, 90+4-pen.

Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Gülnura Əkbərzadə, Səbuhi Bayramov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Emin Cəfərov

Lökbatan OİK stadionu, 14:00

 

Mingəçevir – İmişli 0:2

Qol: Bayram Əliyev, 44. Ülvi İbazadə, 87.

Hakimlər: Şamil İmanzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Tural İbrahimov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:30 (canlı/Insports.Tv)

 

MOİK – Şamaxı-2 4:2

Qol: Muxtar Nəzərli, 58. İlham Allahverdiyev, 63; 90+3-pen. İbrahim Əliyev, 66 – Xəyal İbrahimov, 2; 14.

Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Rasim Axundov, Fəridə Lütfəliyeva

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Yavər Rəhimov

Binə qəsəbə stadionu, 14:00

 

Araz Naxçıvan – Kəpəz-2 4:0

Qol: Fəhmin Muradbəyli, 37. Bayraməli Qurbanov, 72. Ege Atlam Adnan, 74. Orxan Əliyev, 85.

Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Anar Bədəlov, Mahmud Bağırzadə

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Asif Əliyev

Naxçıvan Muxtar Respublika stadionu, 15:00

 

2 mart

Turan Tovuz-2 – Zirə-2 2:1

Qol: Sadiq Şəfiyev, 16; 38 – Tuncay Hacıyev, 90+4.

Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Sənan Atayev, Rəsul Babayev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Elman Musayev

Tovuz şəhər stadionu, 14:00

 

Qəbələ-2 – Sumqayıt-2 4:1

Qol: Aqil Nəsibov, 7. Rauf Məhərrəmov, 30. Salman Ələsgərov, 52-pen. Gülağa Əsədov, 65 – Cavidan Abbaszadə, 82.

Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Zakir Şükürzadə, Murad Səlimov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00


Xəbər xətti