Azərbaycanın daha bir idman gimnastı Qətərin Doha şəhərində idman gimnastikası üzrə keçirilən Dünya kubokunda finala yüksəlib.
Sportarena.az xəbər verir ki, milli komandanın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurub.
Gimnast bu nəticə ilə adını finala yazdırıb.
Qeyd edək ki, daha əvvəl Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb.