Matteusun karyerasının ən ağır anı

23:43 2 Mart 2023

Keçmiş futbolçu Lotar Matteus 1999-cu ilin UEFA Çempionlar Liqasının “Mançester Yunayted” – “Bayern” final matçı (2:1) barədə danışıb.

 

Sportarena.az “Four Four Two”-ya istinadən xəbər verir ki, o, həlledici qarşılaşmada “qırmızı şeytanlar”dan üstün oynadıqlarını deyib:

“Həmin görüş karyeramın ən ağır anı oldu. Biz oyunda “Mançester Yunayted”dən qat-qat üstün idik. Çox ağrılı məğlubiyyət idi”.

 

Matteus karyerası ərzində Çempionlar Liqasının qalibi olmayıb. O, futbolçu karyerasını 2000-ci ildə, “Nyu York Metro Stars”da bitirib.


Digər xəbərlər

Xəbər xətti