“Çelsi” bu ilin əvvəlində Braziliyanın “Vasko da Qama” klubundan transfer etdiyi Andrey Santosu icarəyə göndərib.
Sportarena.az xəbər verir ki, London təmsilçisi 18 yaşlı futbolçunu elə “Vasko da Qama”ya icarəyə verib.
Yarımmüdafiəçinin bu mövsümün sonuna kimi icarədə oynayacağı diqqətə çatdırılıb.
“Çelsi” Andreyi yanvarda 12.5 milyon avro qarşılığında heyətinə qatmışdı. “Vasko da Qama”nın yetirməsi olan futbolçu bu komandada 37 oyuna 8 qol vurub.