Türkiyənin "Trabzonspor" klubunun prezidenti Ahmet Ağaoğlu istefa verib.
Sportarena.az Qara dəniz təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, 66 yaşlı funksioner bu barədə özü açıqlama verib.
Qeyd edək ki, Ahmet Ağaoğlu 2018-ci ildən bu vəzifədə çalışıb. Ötən gün mətbuatda onun postundan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.