2023-cü ildə bütün turnirlər daxil olmaqla ən çox qol vuran futbolçuların adları məlum olub.
Sportarena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıya “Mançester Yunayted”in hücumçusu Markus Reşford başçılıq edir.
O, 2023-cü ilin ilk iki ayında 16 oyunda 14 dəfə fərqlənib. Reşfordu 11 topla “Napoli”nin üzvü Viktor Osimhen izləyir. Siyahıya ümumilikdə 7 və daha çox qol vuran 71 oyunçu salınıb.
Azərbaycanda 2023-cü ildə ən çox qol vuran oyunçu “Qarabağ”ın hücumçusu Musa Qurbanlıdır. Gənc futbolçu Premyer Liqada aktivinə 4 top yazdırıb.
Futbolçu | Ölkəsi | Klubu | Qol | |
1 | Markus Reşford | İngiltərə | “Mançester Yunayted” | 14 |
2 | Viktor Osimhen | Nigeriya | “Napoli” | 11 |
3 | Pedro | Braziliya | “Flamenqo” | 10 |
4 | Kərim Benzema | Fransa | “Real” | 10 |
5 | Henri Martin | Meksika | “Amerika” | 10 |
6 | Deyan Damyanoviç | Monteneqro | “Kitçi” | 10 |
7 | Enner Valensiya | Ekvador | “Fənərbağça” | 10 |
8 | Lele | Braziliya | “Volta Redonda” | 10 |
9 | Qabriel Barbosa | Braziliya | “Flamenqo” | 9 |
10 | Joao Mario | Portuqaliya | “Benfika” | 9 |
11 | Vissam Ben Yedder | Fransa | “Monako” | 9 |
12 | Yussef En-Nesiri | Mərakeş | “Sevilya” | 9 |
13 | Yohan Veneqas | Kosta-Rika | “Alaxuelense” | 9 |
14 | Eetu Vertaynen | Finlandiya | “Linfild” | 9 |
15 | Dieqo Mauritsio | Braziliya | “Odişa” | 9 |
16 | Vangelis Pavlidis | Yunanıstan | AZ | 9 |
17 | Ussema Buqerra | Tunis | “Olimpik Beja” | 9 |
18 | Mettyu Şevlin | Şim. İrlandiya | “Kolerayn” | 9 |
19 | Eran Zahavi | İsrail | “Makkabi” | 9 |
20 | Ronan Hale | İrlandiya | “Kliftonvill” | 9 |
21 | Kyoqo Furuhaşi | Yaponiya | “Seltik” | 9 |
22 | Kilian Mbappe | Fransa | PSJ | 9 |