İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen "Real Madrid"in sabiq qolkiperi İker Kasilyasın nailiyyətini təkrarlayıb.
Sportarena.az xəbər verir ki, 31 yaşlı oyunçu "kral klubu"na 1:0 hesabı ilə qalib gəldikləri ölkə kubokunun ilk yarımfinal oyununda buna nail olub.
Almaniyalı qapıçı El Klasikolarda altıncı dəfə qapısını toxunulmaz saxlamağa müvəffəq olub. Beləliklə, o, Kasilyasın uğurunu təkrarlayıb. Bu göstəricidə rekordçu Kataloniya təmsilçisinin sabiq çərçivə qoruyucusu Viktor Valdesdir - 7.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı aprelin 5-də “Nou Kamp”da keçiriləcək.