PSJ-nin futbolçusu məhkəmə nəzarətinə alınıb

15:17 3 Mart 2023

Prokurorluq PSJ klubunun müdafiəçisi Əşrəf Hakimi zorlamada ittiham edib.

 

Sportarena.az AFP-yə istinadən xəbər verir ki, martın 2-də futbolçu polisə ifadə verib. Bundan sonra hakim ona ittiham elan edib və onu məhkəmə nəzarəti altına alıb.

 

Daha əvvəl PSJ Hakiminin zorlamada ittiham olunması ilə bağlı açıqlama vermişdi. Klub ittihamları rədd edən 24 yaşlı futbolçunu dəstəkləyib.

 

Hakimiyə qarşı ittihamlar fevralın 27-də başlayıb. Paris polisinə futbolçunun zorakılığına məruz qaldığını iddia edən bir qız müraciət edib.


Digər xəbərlər

Xəbər xətti