Ərəblərdən Messiyə 94 milyonluq təklif

15:38 3 Mart 2023

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu PSJ-nin hücumçusu Lionel Messiyə böyük məbləğli müqavilə təklif edəcək.

 

Sportarena.az xəbər verir ki, “Marca”-nın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu 35 yaşlı argentinalının yaxın ətrafı ilə əlaqə saxlayıb və komandada keçirəcəyi hər mövsüm üçün 94 milyon dollarlıq müqavilə təklif edib.

 

Daha əvvəl bildirilmişdi ki, Messi hələ də karyerasını Avropada davam etdirmək istəyir, MLS və Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərə almayacaq.

 

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu bir müddət əvvəl portuqaliyalı hücumçu Kriştiano Ronaldonu transfer edib.

 

Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 17 qol vurub və 16 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi cari mövsümün sonuna kimi hesablanıb.


Xəbər xətti