İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Barselona”nın maliyyə feyr-pleyini pozmasına görə yayda transfer edə bilməyəcəyini bildirib.
Sportarena.az xəbər verir ki, “Onda Cero”ya danışan 60 yaşlı futbol adamı məsələ haqda bunları deyib:
"Barselona" qışda oyunçu transfer edə bilmədi. Çünki onlara biz icazə vermədik. Yayda da onlar yeni oyunçu ilə müqavilə imzalaya bilməyəcəklər".