Futzal üzrə Azərbaycan yığması DÇ-2024-ün əsas mərhələsi çərçivəsində bu gün Yunanıstanla qarşılaşıb.
Sportarena.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edib.
Yeddi qolun qeydə alındığı bu matç millimizin növbəti qələbəsiylə yekunlaşıb. Millinin qollarını Eduardo Borges, Seiti Ensi (öz qapısına), Rafael Vilela, Felipinyo, Amadeu vurub. Rəqibin heyətində isə Seiti Ensi və Marios Ntatis fərqlənib.
Qeyd edək ki, Azərbaycan yığması 6-cı qrupda 9 xalla liderdir. Komandamız son turun nəticəsindən asılı olmayaraq, elit-raunda vəsiqəni təmin edib. Hazırda 6 xala malik Polşa kollektivi ikinci sırada qərarlaşıb. Yığmamız qrupdakı sonuncu matçında martın 7-də məhz Polşanın qonağı olacaq.
DÇ-2024
3 mart
Azərbaycan – Yunanıstan 5:2
Hakimlər: Eduardo Fernandes Koelho, Kristiano Santos, Felipe Qonsalo Santos Duarte.
Timekipper: Ceyhun Hüseynov.
Hakim-inspektor: Edi Sunyiç (Xorvatiya).
UEFA nümayəndəsi: Haugen Kim Robin (Norveç).
Bakı İdman Sarayı. Saat 20:00.