"Azərbaycan millisi daha keyfiyyətli komandadır" - Yunanıstanın baş məşqçisi

22:04 3 Mart 2023

"Rəqib bizdən daha keyfiyyətli komandadır".

 

Sportarena.az xəbər verir ki, bunu futzal üzrə Yunanıstan yığmasının baş məşqçisi İoannis Ziavas Bakıda Azərbaycan millisinə 2:5 hesabı ilə uduzduqları DÇ-2024-ün əsas mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

 

Mütəxəssis qarşılaşmanın çətin keçdiyini bildirib:

"Şanslardan istifadə edə bilmədik. 4 qol vurandan sonra Azərbaycan seçməsi rahat çıxış etməyə başladı. Artıq irəliyə baxmalıyıq. Bu ölkəni sevinirik. Uduzduğumuz üçün təəssüflənirəm. Növbəti görüşlərdə rəqibə uğurlar arzu edirəm".


Digər xəbərlər

Xəbər xətti