İspaniyanın “Atletiko” klubu gənc hücumçusu Abde Rayhani ilə müqavilənin müddətini artırıb.
Sportarena.az xəbər verir ki, 19 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2027-ci ilin 30 iyununa qədər paytaxt təmsilçisində qalacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mərakeşdən olan istedadlı hücumçu həm ölkəsinin, həm də “Atletiko”nun gənclərdən ibarət komandalarında forma geyinir.