UEFA 2022/23 mövsümündə maliyyə öhdəliklərini yerinə yetirməyən 11 klubu cəzalandırıb.
Sportarena.az xəbər verir ki, ÇFR (Rumıniya), "Osiyek" (Xorvatiya), "Aris" (Kipr), "Olimpiya" (Sloveniya) və "Riyeka" (Xorvatiya) növbəti mövsümlərdə də qaydaları pozsa, avrokuboklardan kənarlaşdırılacaq.
Keçmiş borclarına görə ÇFR 250 min avro, "Osiyek" və Türkiyənin "Konyaspor" klubu 150 min avro, "Olimpiya" 100 min avro, "Aris" və "Valmeyra" (Latviya) 50 min avro, "Astana" (Qazaxıstan) 30 min avro, "Boraç" (Bosniya və Herseqovina), "Kızıl-Yar" (Qazaxıstan) və "Floryana" (Malta) 10 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli icarə əsasında "Konyaspor"da çıxış edir.