“Nə səbrimiz çatdı, nə də yarımmüdafiəçilərimiz yaxşı çıxış etdi”

13:58 4 Mart 2023

“Napoli”nin baş məşqçisi Luçano Spaletti İtaliya A Seriyasının 25-ci turunun “Latsio” ilə matçından sonra (0:1) açıqlama verib.

 

Sportarena.az DAZN-a istinadən xəbər verir ki, o, futbolçularının qeyri-sabit ötürmələr etdiyini bildirib:

“Qeyri-sabit ötürmələr etdik. Daha yaxşı hərəkət edə biləcəyimiz cinahlara keçməyə tələsirdik.

Mərkəz xəttinə doğru uğurlu keçid etmək üçün 3-4 şansımız oldu. Lakin nə səbrimiz çatdı, nə də yarımmüdafiəçilərimiz yaxşı çıxış etdi. Axı hər iki komanda üçün meydanın mərkəzi daha önəmli idi.

“Latsio”nun müdafiə futbolu oynayacağını gözləyirdim. Mövsüm ərzində ən pis qərarları məhz bu oyunda verdik”.

 

Neapol təmsilçisi hazırda İtaliya çempionatının turnir cədvəlinə 65 xalla başçılıq edir. “Latsio” isə 48 xalla ikinci pilləyə yüksəlib.


Digər xəbərlər

Xəbər xətti