“Mançester Yunayted” qapıçısı David de Xea ilə sözləşməni uzatmaq üçün danışıqlar aparır.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı qolkiper də “qırmızı şeytanlar”da qalmaq istəyir.
De Xea 2011-ci ildən Mançester təmsilçisinin formasını geyinir. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
O, cari mövsümdə “Mançester Yunayted”in heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 37 qol buraxıb və 16 matçda qapısını toxunulmaz saxlayıb.