Türkiyənin İzmir şəhərində aprelin 6-dan 9-dək keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində Azərbaycanı “Neftçi” ilə yanaşı, “Qarabağ”ın U-12 komandası da təmsil edəcək.
Sportarena.az xəbər verir ki, artıq Ağdam təmsilçisinin də rəqibləri bəllidir.
Püşkatma nəticəsində “E” qrupunda yer alan “Qarabağ” Niderlandın “Ayaks”, Türkiyənin “Başakşəhər”, “Bursaspor”, “Manisa” və “Selection Altınordu”, Almaniyanın “Ayntraxt”, Portuqaliyanın “Portu”, Serbiyanın “Srvena Zvezda” klubları ilə mübarizə aparacaq.
72 iştirakçının mübarizə aparacağı turnirdə Türkiyə nəhənglərindən “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”, həmçinin, PSJ (Fransa), “Bayern” (Almaniya), “Mançester Siti” (İngiltərə) və “Çelsi” (İngiltərə) kimi Avropa nəhəngləri də yarışacaq.