Almaniyanın "Leyptsiq" klubunda çıxış edən Avstriya yığmasının futbolçusu Ksaver Şlager Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.
Sportarena.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Dortmundda "Borussiya"ya 1:2 hesabı ilə uduzduqları Bundesliqanın XXIII tur matçında zədələnib.
Sağ topuğundan ciddi xəsarət alan təcrübəli oyunçunun əməliyyat olunacağı və mövsümün qalan hissəsində meydana çıxmayacağı bildirilib.
Qeyd edək ki, Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.