Həbsdən çıxan futbolçu milliyə çağırılmayacaq

15:29 5 Mart 2023

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud İngiltərə yığmasına çağırılmayacaq.

 

Sportarena.az “The Sun”-a istinadən xəbər verir ki, həbsdən çıxan futbolçu milli karyerasını davam etdirmək istəsə də, yığmanın çalışdırıcısı Qaret Sautqeyt buna qarşıdır.

 

Bu barədə İngiltərə nəşri aşağıdakı sözləri yazıb:

“Qrinvud yüksək səviyyədə çıxış etməyə ümid edir. Sautqeyt təkcə onun istedadına yox, eyni zamanda, komandadakı münasibətlərin necə inkişaf etdiyinə böyük əhəmiyyət verir”.

 

Qeyd edək ki, Qrinvud bu ilin yanvarında, döyülmə videosu və fotosunu, eləcə də, cinsi əlaqəyə məcbur edildiyi audionu dərc edən keçmiş sevgilisi Harriet Robsonun ittihamlarından sonra həbs edilib.


Digər xəbərlər

Xəbər xətti