“Atletiko” İspaniya La Liqasının 24-cü turunda “Sevilya”nı məğlub edib (6:1).
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç “hindular”ın baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub. O, baş məşqçi kimi Madrid təmsilçisini 613-cü dəfə meydana çıxardıb.
Öncədən rekord “Atletiko”nun sabiq çalışdırıcısı Luis Araqonesə məxsus idi (612).
Xatırladaq ki, argentinalı mütəxəssis 2011-ci ildən paytaxt komandasını çalışdırır.